ABŞ-da Trampa qarşı narazılıq rekord həddə çatıb

ABŞ prezidenti Donald Trump-ın fəaliyyətinə qarşı narazılıq səviyyəsi rekord həddə – 62 faizə yüksəlib. Bu barədə The Washington Post qəzeti Ipsos şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın iki prezidentlik müddəti ərzində belə yüksək narazılıq göstəricisi ilk dəfə qeydə alınıb. Xüsusilə onun Iran ilə bağlı siyasəti amerikalılar tərəfindən ciddi tənqid olunur – respondentlərin 66 faizi bu istiqamətdə prezidentin addımlarını dəstəkləmir.
Bundan əlavə, ABŞ vətəndaşları ölkədəki iqtisadi vəziyyətdən də narazıdır. Sorğuda iştirak edənlərin 76 faizi həyatın bahalaşmasından şikayət edib. Bununla belə, miqrasiya siyasəti sahəsində prezidentin fəaliyyətini müsbət qiymətləndirənlərin payı 45 faiz təşkil edir.
Sorğu 24–28 aprel tarixlərində 2,5 mindən çox respondent arasında aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.