Bakı, 26 aprel — Azadmedia.az
Bu gün Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfrans keçirilir.
Azadmedia.az xəbər verir ki, konfransın açılış nitqini Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc edib.
Belə ki, Konfransda millət vəkilləri və dövlət təmsilçiləri kibertəhlükəsizliyin geniş spektri ilə məşğul olan peşəkar mütəxəssisləri, son illərdə dövlətimizin sahəyə diqqəti nəticəsində yaradılan start-upların təmsilçilərini, alimləri, 3-cü sektoru və ən əsası media təmsilçilərini bir araya gətirib.
Sorğunun metodologiyasıTədqiqatın coğrafi əhatəsi
“Azərbaycanda Kıbercinayət və Kıbertəhlükəsizlik Barometri. Ölkə üzrə kıbercinayətlərə və onlayn/kiber təhlükəsizliyə ictimai rəydə münasibətin kəmiyyət və keyfiyyət əsaslı təhlili” adlı sorğu Azərbaycanın 9 iqtisadi rayonu üzrə keçirilməklə: Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib.
Respondentlərin seçimi
Sorğu 1600 respondent arasında, həmçinin, Ümumi Əhali Qrupu (ÜƏQ), sahibkarlar/təşkilatlar və sahənin peşəkarları-informasiya texnologiyaları sahəsinin ekspertləri, QHT təmsilçiləri arasında aparılması tədqiqat şərtlərindən biri olub.
Bundan əlavə keyfiyyət əsaslı təhlil üçün müsahibələr əsasında kibertəhlükəszlik sahəsində 27 ekspertin rəyi öyrənilib.
Xüsusilə qeyd edilməlidir ki, Avropa Birliyi və Avropa Şurasının tədqiqat şərtləri sırasında respondentlərin seçiminə olduqca çoxşaxəli və kompleks yanaşma tətbiq edilmişdir. Sorğunun həm kəmiyyət, həm də keyfiyyət əsaslı təhlilin aparılması, bu sahədə vəziyyət, müqayisəli dinamika və inkişafla bağlı durumun real mənzərəsinin yaradılması üçün, tədqiqatın istiqamətləri və respondent kateqoriyasının seçimləri aşağıdakı kimi müəyyən edilib:
- 2 anket sorğusu:
1. Ümumi əhali qrupu ilə
2. Sahibkarlar/Müəssisələr arasında;
- 5 fokus qrupla dərinləşdirilmiş müsahibələrin aparılması
Fokur qrupların hədəf auditoriyaları:
1. Ümumi Əhali Fokus Qrupu;
2. Kiber Cinayət Qurbanları ilə Fokus Qrupu;
3. Peşəkarlar: İT Mütəxəssisləri ilə Fokus Qrupu;
4. Peşəkarlar:ISP-İnformasiya Provayder Sistemləri ilə;
5. Hüquq -mühafizə Orqanları(HMO)iləFokus Qrupları-kimi müəyyən edilib.
Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin ehtimal ölçüyə mütənasib çoxpilləli klaster seçməsindən istifadə edilib ki, bu da hər bir respondentə bərabər səviyyədə iştirak imkanı verib. İlk mərhələdə sorğuda əhatə ediləcək 40 rayon, növbəti mərhələdə həmin rayonlardan 80 yaşayış məntəqəsi seçilib və hər məntəqədən 20 respondentlə sorğu keçirilib. Seçilmiş yaşayış məntəqəsində sorğuda iştirak üçün intervüyerlərin yaxınlaşacağı evlərin təyin edilməsi tərtib edilmiş təsadüfi gəzinti təlimatına əsasən aparılıb. Hər yaxınlaşılan evdə sorğuda iştirak etməyə uyğun respondentlərin sayı birdən artıq olanda son ad günü prinsipinə üstünlük verilib.
Sorğuda əhatə edilmiş respondent sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 2.5% təşkil edir.
Sahibkarların seçilməsinə gəlincə isə, müxtəlif sektorlardan ümumilikdə 64 respondent (müəssisə) seçilib. Respondentlər şirkətin informasiya texnologiyaları və kibertəhlükəsizliyindən məsul əməkdaşları olub. Müəssisələrin təxminən 22%-i maliyyə, 20,3% isə istehsalat sektorunu təmsil edib.
Tədqiqat metoduTədqiqatın aparılmasında kəmiyyət metodologiyası çərçivəsində ailələrlə anket sorğusu məlumat toplama metodundan istifadə edilib.
Sorğu anketi
Sorğu anketinin sualları yerli vəziyyət nəzərə alınmaqla yanaşı, beynəlxalq təcrübəyə istinadən hazırlanıb. Sorğu anketi ümumi əhali qrupu üzrə 60, müəssisələr üzrə isə 46 sualdan ibarətdir. Suallar aşağıdakı istiqamətlər üzrə olub.
- Ümumi əhali qrupu üçün anket üzrə;
- İnternetdən istifadə davranışları
- İnternetdən istifadə vaxtı görülən müdafiə tədbirləri və hiss edilən risklər
- Elektron hökümətdən və ticarətdən istifadə tezliyi və təyinatı
- kibercinayət cəhdləri ilə üzləşməsi halları
- kibercinayətdən zərərçəkmə halları və onun təsirləri
- kibercinayətdən zərər çəkənlərin atdığı addımlar
- kibercinayət konseptinə, eləcə də, müxtəlif kibercinayət növlərinə baxış, onlar barədə məlumatlılıq və onların yaratdığı narahatlıqlar
- kiber təhlükəsizliyə dair görülən tədbirlər
- kibercinayətlərin gələcəkdəki inkişaf tendensiyasına dair fikirlər
- ölkədə kibercinayətkarlıqla mübarizəyə dair fikirlər
- Müəssisələr üçün anket üzrə;
- kibercinayət cəhdləri ilə üzləşməsi halları
- kibercinayətdən zərərçəkmə halları və onun təsirləri
- kibercinayətdən zərər çəkənlərin atdığı addımlar
- kibercinayət konseptinə, eləcə də, müxtəlif kibercinayət növlərinə baxış və onların yaratdığı narahatlıqlar
- kiber təhlükəsizliyə dair görülən tədbirlər
- kibercinayətlərin gələcəkdəki inkişaf tendensiyasına dair fikirlər
- ölkədə kibercinayətkarlıqla mübarizəyə dair fikirlərGenişmiqyaslı tədqiqatdan öncə 30 respondentlə sınaq sorğusu keçirilib. Sınaq sorğularının nəticələrinə əsasən respondentlərin seçmə dizaynında və anket suallarında müvafiq dəyişikliklər edilib.
Ümumi əhali qrupu arasında sahə işi 24 oktyabr 2021 - 24 noyabr 2021, müəssisələr arasında isə 10 dekabr 2021 - 21 yanvar 2022-ci il tarixlərində aparılıb.
Sorğunun aparılması üsulu
Sorğu karantin rejiminin tələblərini nəzərə almaqla üzbəüz keçirilib. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, müasir sorğu proq- ramı SurveyToGo-dan istifadə edilib ki, bu da həm sahə işinə nəzarət üçün əlavə im- kanlar yaradır, həm də məlumatların top- lanılması zamanı insan faktorunun təsirini əhəmiyyətli dərəcədə azaldır.
Etik prinsiplər
Respondentlər sorğuda iştirakın könüllü olması, istənilən anda sorğunu dayandırmaq və hər hansı suala istəmədikdə fikir bildirməmək hüququnun olması barədə ətraflı məlumatlandırılıblar. Müsahi- bələrin məxfiliyi ciddi şəkildə qorunub. Bütün müsahibələrdə anonimlik təmin edilib. Respondentlər əmin ediliblər ki, onların cavabları yalnız ümumiləşdirilmiş şəkildə istifadə olunacaq. Bu amil sorğu nəticəsin- də toplanılan məlumatların yüksək etibarlılığını təmin edib.
Təlimat
İntervüyerlər üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təlimat qaydaları hazırlanıb. İntervüyerlər işə başlamamışdan əvvəl Mərkəzin əməkdaşları tərəfindən keçirilən təlimdə iştirak ediblər. Təlimdə keçirilən sorğunun məqsədi, respondentlərə ün- vanlanan suallar və respondentin seçilməsi üsulu barədə geniş izahatlar verilib.
Layihə gedişində STM tədqiqat qrupu-Avropa Birliyinin ekspert qrupu ilə 9 online seminar,goruş və müzakirə keçirib.
Anket sorğusu əsasında əldə edilən məlumatların işlənilməsi və təhlili
Sorğu başa çatdıqdan sonra hər bir anket üzrə bazaya toplanan məlumatlar xüsusi proqram - SPSS (Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib.
Məhz bu məqsədlə aparılan sosioloji tədqiqatda aşağıdakı istiqamətlərdə suallar soruşulub;
- əhalinin və sahibkarlıq subyektlərinin kibercinayət cəhdləri ilə üzləşməsi halları;
- əhalinin və sahibkarlıq subyektlərinin kibercinayətdən zərər çəkməsi;
- kibercinayətdən zərər çəkənlərin atdığı addımlar;
- kibercinayət konseptinə baxış;
- kiber təhlükəsizliyə dair görülən fərdi və korporativ tədbirlər.
FOKUS QRUPLARIN (FG)METODOLOGİYASI- Məlumat toplama üsulu
- İştirakçıların fikirlərini daha dəqiq öyrənmək üçün fokus qrup formatı əsasında mümkün olan açıq suallar və çevik müzakirə mühitinə ehtiyac var idi. Belə bir formatdan istifadə etməklə iştirakçılardan ənənəvi sorğu metodundan daha ətraflı və dərin cavablar almağa imkan verdi. Əslində, bütün qruplarda, xüsusən də ümumi əhali arasında qrup mühiti başqa yolla əldə oluna bilməyəcək cavabların əldə edilməsində çox faydalı idi. Yəni, bir çox hallarda suala əvvəlcə bir və ya iki cavab verilir, lakin bu cavablardan sonra digərləri dərhal cavab verirdilər.
- Müzakirələrdə ümumi əhali qrupları, kibercinayətdən zərərçəkənlər, özəl sektor, ISP nümayəndələri, hüquq-mühafizə orqanları və internet provayderləri iştirak edib.
- İştirakçılar anonimliyinə və cavablarının məxfiliyinə əmin olmuşdular. Müsahibə başlamazdan əvvəl yazılı məlumatlı razılıq alındı. Bütün müzakirələr audioyazıya alınıb və moderatorun köməkçisi iştirak etmişdir.
- 4 müzakirə (bütün ÜƏQ-lər, ISP nümayəndələri) üzbəüz aparıldığı halda, 3 müzakirə Zoom üzərindən təşkil olunub. Qurbanların coğrafi yayılmasına görə Zoom daha məqsədəuyğun seçim kimi görünürdü. Digər iki qrup üçün isə iş qrafiki onların ofislərini tərk etmələrinə və mərkəzimizi ziyarət etmələrinə mane olurdu.
- Qrupların ölçüsü bəzi hallarda bütün ÜƏQ son dəqiqə problemlərinə (xüsusilə ali təhsildən aşağı olan potensial iştirakçılar arasında) görə fərqlənir. Belə ki, müəyyən qruplar üzrə kvota tam yerinə yetirilməyib. Digər qruplara gəlincə, yalnız belə bir problem İT mütəxəssisləri/QHT nümayəndələri qrupunda müşahidə olunub ki, 3 İT mütəxəssisi şirkətlərində gözlənilməz problem yarandığı üçün qoşula bilməyib.
Nümunə
- 57 iştirakçı (“qartopu” metodundan istifadə etməklə) əsasən 2 yolla tədqiqata cəlb olundu:
- a) tədqiqatçıların dərs dediyi universitetlərin tələbələri;
- b) digər agentliklərlə əməkdaşlıq zamanı yaradılmış şəxsi və peşəkar əlaqələr.
- Sorğu nəticəsində zərərçəkənlər müəyyən edilib. Sorğu zamanı onların mobil nömrələri əldə olunmuş və daha sonra Mərkəzin sorğu qrupu ilə əlaqə saxlanılmışdır. Bir çox hüquq-mühafizə orqanlarına rəsmi dəvət məktubu göndərilib. İT sektorunun mütəxəssisləri və QHT nümayəndələri həm rəsmi dəvət məktubu, həm də Sosial Araşdırmalar Mərkəzinin İT/media departamentinin şəxsi əlaqələri vasitəsilə tədqiqata cəlb olunublar.
- Əlçatanlıq və büdcə məhdudiyyətilə bağlı yalnız Bakı ərazisi hədəf ərazi kimi seçilmişdir. Zoom iştirakçıları da iki qurban istisna olmaqla, Bakıdan idi. Beləliklə, bu tədqiqatın coğrafi məhdudiyyətini etiraf edir və oxucuları nəticələri şərh edərkən bu məsələni nəzərə almağa çağırırıq.
II HİSSƏ
ANKET SORĞUSUNUN NƏTİCƏLƏRİNİN STATİSTİK TƏHLİLİNİN NƏTİCƏLƏRİ1.Ümumi əhali arasında
• Əhalinin şəxsi ehtiyaclar üçün ən çox istifadə etdiyi cihaz- smartfonlardır. Respondent əhalinin 73,3%-i cihazlarından istifadə edərkən bir və ya bir neçə ehtiyat tədbirləri görür.
• Respondentlərin nisbətən böyük hissəsi (62,8%) kibercinayət sözü ilə, 93,3% -i isə fişinq sözü ilə tanış deyil.
• Respondentlərin əksəriyyəti (86,4%) komputer əsaslı və ya onlayın cinayətlərin hədəfinə çevrilmədiyini düşünür.
• Fişinqin mahiyyəti onlara izah edildikdən sonra 74,3% bu cür cinayətlərin onlarla baş verdiyini,bu haqda eşitdiklərini söylədi. Fişinq qurbanlarının əksəriyyəti- (69,6%) buna problem kimi baxmayıb.Respondentlərin yarıdan çoxu (56,9%) hesab edir ki, qonşularından kimsə fişinq mesajı alarsa, polisə xəbər verər. 52,7%-i özünü və ailəsini qorumaq üçün fişinq haqqında kifayət qədər məlumatlı hesab edir.
• Respondentlərin 97,6%-i ransomware sözü ilə tanış deyil. 60,7% hesab edir ki, qonşuluqdakı kiməsə ransomware hücumu olarsa və onların kompüterinə, cib telefonuna və ya onlarda olan məlumatlara və ya fotoşəkillərə girişi itirilərsə, bu barədə səlahiyyətli orqanlara – məsələn, polisə xəbər verər.
• Respondentlərin demək olar ki, 3-dən 2-ci onlayn hədə-qorxu ilə bağlı suallarda iştirakdan imtina etdi. Bu məsələ ilə bağlı suallara cavab verməyə razı olanların 91%-i onlayn hədə-qorxu ilə üzləşməyib.
• Əksəriyyət son 12 ay ərzində şəxsi hesablarına giriş məlumatlarının onlayn şəkildə ifşa olunmadığını bildirib.
• 61,6% özlərinin və ailələrinin şəxsi hesab məlumatlarının onlayn oğurluğundan qorumaq üçün kifayət qədər məlumatlı olduğunu hesab edir.
• 40,6% üçün ən çox narahatlıq doğuran cinayət məlumatların pozulması və şəxsi hesab məlumatlarının oğurluğudur, baxmayaraq ki, respondentlərin çox kiçik bir hissəsi bundan əziyyət çəkib.
2.Təşkilatlar/Müəssisələr arasında sorğunun təhlilinin nəticələri• Müəssisələr arasında aparılan sorğu nəticəsində müəyyən edildi ki, müəssisələrin əhəmiyyətli hissəsinin- 50%-nin kibertəhlükəsizliyə cavabdeh olan xüsusi bir bölməsi və ya departamenti yoxdur.Bu olduqca ciddi rəqəmdir.
• İT büdcəsi daxilində kibertəhlükəsizliyə çəkilən xərclərin çəkisi ümumiyyətlə aşağıdır və əksər müəssisələrin sığortası yoxdur.
• ISO 27001 ən geniş yayılmış təhlükəsizlik standartı/mexanizmidir.
• Bir çox şirkətdə kibertəhlükəsilik ya aşağı, ya da “sıfır”-mövcud olmayan səviyyədədir.
• Hazırda mövcud olan kibertəhlükəsizlik texnologiyaları arasında viruslardan, casus proqramlarından və digərlərindən qorunmaq üçün zərərli proqram əleyhinə proqramlar üstünlük təşkil edir. Spam/fişinq filtrasiyası və məlumatların qorunması və nəzarəti isə daha sonra gəlir.
• Kibercinayətkarlığın qurbanı olma ilə bağlı bir neçə suala verilən cavablar,
müəssisələr arasında bu təhlükənin çox aşağı olduğunu göstərir. 45,3% və 46,9% müəssisə qabaqcıl təhlükəsizlik texnologiyasının və daha böyük büdcələrin tətbiqinin müvafiq olaraq təşkilatlarının təhlükəsizlik səviyyələrini yaxşılaşdırmağa kömək edəcəyini düşünür. Müəssisələrin 65,6%-i noutbuklarda fayl şifrələməsindən istifadə edir.
• COVID-19 pandemiyasının müəssisələrə qarşı kibercinayətkarlığı artırıb-artırmadığı ilə bağlı cavablar demək olar ki, bərabərdir.
3. Fokus qruplarla dərinləşdrilmiş müsahibələrin kəmiyyət və keyfiyyət əsaslı nəticələri
• Fokus qruplar insanların kibercinayətlərə olan fikirləri barədə olduqca faydalı məlumatlar toplamağa imkan verdi. 57 iştirakçı (qartopu və ya zəncirvari seçmə metodundan istifadə etməklə) əsasən iki yolla tədqiqata cəlb olundu:
a) tədqiqatçıların dərs dediyi universitetlərin tələbələri və
b) digər agentliklərlə əməkdaşlıq zamanı yaradılmış şəxsi və peşəkar əlaqələr.
• Fokus qruplardan öncə aparılmış sorğu nəticəsində zərərçəkənlər müəyyən edilmiş, onların mobil nömrələri əldə olunmuş və daha sonra Mərkəzin sorğu qrupu onlarla əlaqə saxlayaraq müzakirələrə dəvət edib. Bir çox hüquq-mühafizə orqanlarına rəsmi dəvət məktubu göndərildi. İT sektorunun mütəxəssisləri və QHT nümayəndələri həm rəsmi dəvət məktubu, həm də elektron poçtla, şəxsi əlaqələri vasitəsilə tədqiqata cəlb olunublar.
• Ümumi əhali qrupları (ÜƏQ) arasında müxtəlif tezliklərdə yalnız 3 cinayətin baş verdiyi müəyyən edildi: 1.onlayn müstəvidə təhdid/hədə-qorxu/təhqir, 2.şəxsi hesab oğurluğu və 3.fişinq. Bütün digər kibercinayətlərin (yəni, ransomware, şəxsi məlumatların ifşası) miqyası son dərəcə məhduddur. Bəziləri haqqında isə hətta heç nə eşidilməyib.
• Kibercinayətlər arasında şəxsi hesab oğurluğu həm müşahidə edilmə tezliyi, həm də təsir miqyası baxımından fərqlənirdi. Ümumi əhali qrupları (ÜƏQ) arasında onlayn təhdid/hədə-qorxu/təhqir şəxsi hesab oğurluğundan (4 bank kartı və 3 sosial media hesabı oğurluğu halları) bir qədər daha çox yayılsa da (9 hal), birincinin qurbanlara heç bir ciddi təsiri olmayıb . Bütün iştirakçıların fişinq zəngləri və e-poçt məktubları alması, lakin yalnız iki qurbanın müəyyən edilməsi faktı bu kibercinayətlə bağlı məlumatlılığın və mühafizənin məqbul səviyyədə olduğunu göstərir.
• Əksəriyyət onlayn rejimdə olarkən, eləcə də smartfonlardan istifadə zamanı özünü təhlükədə hiss edib. “Heç nə və heç bir yer təhlükəsiz deyil” ifadəsi üstünlük təşkil edir. Fokus qruplarından təhlükəsizliyə dair əldə edilən ən mühüm tapıntılardan biri sahənin peşəkarları- internet provayderlərlə bağlıdır. Onlar görülən bütün sərt tədbirlərə baxmayaraq, özlərini tam təhlükəsiz hiss etmir.
• Kibercinayətin qavranılması ilə bağlı “internet cinayətləri” və “informasiya cinayətləri” ifadələri ümumi əhali arasında hər şeyi əhatə edən ifadə kimi tez-tez qeyd olunub. İT mütəxəssisləri və internet provayder təmsilçiləri arasında isə ifadələrin mənası ilə bağlı tamamilə fərqli cavablar qeydə alınıb.
• Real həyatdakı cinayətlərlə (oğurluq, adam öldürmə və s.) müqayisədə kibercinayətlər potensial olaraq daha təhlükəli hesab olunur. Hesab olunurdu ki, kibercinayətlər bütöv cəmiyyətə mənfi təsir edə bildiyi halda, zorakılıq və mülkiyyət cinayətləri çox vaxt fərdi səviyyədə baş verir. Bundan əlavə, İT mütəxəssisləri, ISP nümayəndələri və bəzi hüquq-mühafizə orqanları zərər vurmaq üçün başqasının “smart” avtomobilini və ya “ağıllı ev” sistemini asanlıqla sındırmağın mümkün olduğunu da qeyd edib.
• Əksər ÜƏQ-lər və zərərçəkənlər arasında kibercinayətkarlıqla daha çox əlaqəli olan əməllər kimi fişinq qeyd edilsə də, digər qruplarda fərqli cavablar (DDoS, kritik infrastruktur sistemlərinə hücumlar) bildirilmişdir.
• Hüquq-mühafizə orqanlarında (HMO) çalışan respondentlərin fikrincə kibercinayətin əsas xüsusiyyəti onun vacib informasiya infrastrukturuna zərər vurmaq və beləliklə, çaşqınlıq yaratmaq qabiliyyətidir. Bəzi qruplar arasında kibercinayətkarlığın müəyyən vəziyyətlərdə, məsələn, hədə-qorxu hallarında intihara səbəb ola biləcəyinə dair geniş nümunələrin olduğu bildirilib.
• Rəyi soruşulan bütün respondentlər “kibercinayət” sözünü, həmçinin qeyd olunan cinayət növlərinin əksəriyyətini eşitdiyini bildirib. Bununla yanaşı, lakin “fişinq və ransomware” sözləri ilə demək olar ki, tanış deyillər. Respondentlərə yalnız izahat verildikdən sonra bu cinayət növlərini tanıyıblar.
• Kibercinayətlərin baş verdiyi halda onlarla bağlı hansı quruma, hansı dərəcədə çevik və vaxtında müraciət ediləcəyi ilə bağlı suala respondentlərin cavabları fərqli olub. Bir qrup şəxs (18-21 yaş) kibercinayətkarlıq qurbanı olduğu hallarda polisə şikayət edəcəklərini düşünür. Digər ÜQƏ, eləcə də, QHT nümayəndələri polisin problemi həll edə bilməyəcəyi təqdirdə İT mütəxəssislərinə müraciət edəcəklərini qeyd etdilər.
• Ümumtəhsil məktəblilərində kibercinayətlərlə bağlı vəziyyətə və təsəvvürlərə dair ünvanlanan suallar maraqlı mənzərəni, bu sahədə üzləşdiyi riskləri aşkara çıxardı. Fokus qruplardan biri dövlət və ümum təhsil məktəbləri səviyyəsində maarifləndirmə proqramlarının həyata keçirilməsini təklif etdi. Bu təklifləri verən valideynlər və ya təhsil sektorunda çalışan şəxslər tərəfindən edilib. Onların əsas məqsədi məktəblərdə problemin ciddiliyinə diqqəti cəlb etmək olub.
• Müzakirələr nəticəsində hətta gələcəkdə bu mövzuda yalnız valideynlər üçün fokus qruplarına ehtiyac olduğu müəyyən edildi. Fokus qrup üzvləri hesab edir ki, bir çox hallarda müəllimlər özləri də istəmədən fişinq məktublarının yayılmasında vasitəçi ola bilərlər. Pandemiya ilə bağlı şagirdlər arasında smartfon və planşetlərdən yüksək istifadə səviyyəsi nəzərə alınsa, bu alt qrup arasında kibercinayətkarlığın əhəmiyyətli “qaranlıq fiqurunun” (dolayısı ilə vasitəçisinin) olması ehtimal edilə bilər.
• İstisnasız olaraq, bütün fokus qruplar elektron xidmətlərdən (e-gov və e-ticarət) istifadənin artması, eləcə də əvvəllər kağız üzərində olan məlumatların rəqəmsallaşdırılması nəticəsində kibercinayətlərin gələcəkdə daha da artacağını düşünürlər. Bununla yanaşı, Ümumi Əhali Qrupu (ÜƏQ) arasındakı anket sorğusunun nəticələri ilə Fokus qrupların nəticələri arasında ən maraq doğuran fərq kibercinayət karlıqla bağlı gözləntilərlə bağlıdır. Demək olar ki, hər bir fokus-qrup respondenti kibercinayətkarlığın gələcəkdə daha da geniş vüsət alacağını gözləyir. Bundan fərqli olaraq, anket sorğusunda iştirak edən ümumi əhalinin təxminən yarısı bunun əksini yəni, azalma olacağını düşünür. Bu təəccüblü fərqi, bəlkə də, seçim meyarları ilə izah etmək olar. Fokus qrupları üçün iştirakçıları seçərkən müəyyən meyarlar (məsələn, internetdən aktiv istifadə, İT və ya ISP sektorunda işləmək və s.) tətbiq edilmiş, anket sorğusu üçün isə respondentlər əhali arasından təsadüfi qaydada seçilmişdi.