AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fars körfəzində 1,6 min gəmi Hörmüz boğazından keçə bilmir

  • + A
  • - A
  • 7-05-2026, 14:13

    Fars körfəzində 1,6 min gəmi Hörmüz boğazından keçə bilmir


    İranın Hörmüz boğazını blokadaya alması səbəbindən Fars körfəzində hələ də təxminən 1,6 min gəmi keçid gözləyir. CNN-in məlumatına görə, həmin gəmilərdə ümumilikdə 20 minə yaxın dənizçi var.

    ABŞ prezidenti Donald Trump tərəfindən elan olunan və kommersiya gəmilərinin boğazdan çıxarılmasını nəzərdə tutan “Azadlıq” hərbi əməliyyatı cəmi 48 saat davam edib. Mayın 4-dən etibarən ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzindən yalnız iki gəmini çıxara bilib.

    Müşayiətsiz qalan gəmiçilik şirkətləri isə tranzit riskini üzərlərinə götürmək istəmirlər. Şirkətlər hesab edir ki, hərbi əməliyyatlar şəraitində gəmilərin və heyətin təhlükəsizliyi təmin olunmur. Bundan əlavə, milyonlarla dollar dəyərində olan gəmilərin zədələnməsi ciddi maliyyə və logistik itkilərə səbəb ola bilər. Sığorta müqavilələrinin hərbi riskləri əhatə etməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir.

    Los-Anceles limanının icraçı direktoru Cin Serokinin sözlərinə görə, hətta ABŞ hərbçilərinin müşayiəti ilə belə, Hörmüz boğazından keçid üçün gəmiçilik şirkətlərinə daha yüksək təhlükəsizlik zəmanəti lazımdır.

    BMT-nin Beynəlxalq Dəniz Təşkilatı bildirir ki, döyüşlərin başlanmasından bəri Hörmüz boğazı ətrafında 32 gəmi raket hücumuna məruz qalıb. Nəticədə 10 nəfər həlak olub, azı 10 nəfər yaralanıb.

    Təşkilat gəmiləri “maksimum ehtiyatlı olmağa” çağırır və qeyd edir ki, hərbi müşayiət uzunmüddətli həll yolu hesab edilə bilməz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR