ABŞ hərbçiləri Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus daha bir gəmiyə zərbə endirib

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı bildirib ki, iyunun 3-də Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan daha bir gəmiyə zərbə endirilib. Hücum nəticəsində iki nəfər həlak olub.
Məlumata görə, əməliyyat Cənub Komandanlığının rəhbəri Frensis Donovan tərəfindən verilən göstəriş əsasında həyata keçirilib. Komandanlığın sosial şəbəkədə yaydığı açıqlamada bildirilib ki, birgə əməliyyat qrupu “Cənub Nizəsi” (Southern Spear) narkotik daşımalarında istifadə olunduğu müəyyən edilən gəmiyə qarşı ölümcül zərbə endirib.
Açıqlamaya əsasən, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarının istifadə etdiyi məlum marşrutlar üzrə hərəkət etdiyini və narkotiklərin daşınması məqsədilə istifadə olunduğunu təsdiqləyib.
ABŞ hərbi qurumları əməliyyatın təfərrüatları və həlak olan şəxslərin kimliyi barədə əlavə məlumat verməyib. Hadisə regionda narkotik qaçaqmalçılığına qarşı aparılan əməliyyatların davamı kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.