AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran İsrailin əsas hava bazalarına raket zərbələri endirib

  • + A
  • - A
  • Bu gün, 20:00

    İran İsrailin əsas hava bazalarına raket zərbələri endirib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli Nevatim və Tel Nof aviabazalarına raket zərbələri endirdiyini açıqlayıb.

    Bu haqda İRNA məlumat yayıb.

    “Əməliyyat sionist rejimin İranın üç müxtəlif bölgəsindəki bir neçə radiolokasiya stansiyasına raket zərbələrinə cavab olaraq həyata keçirilib”, - SEPAH-ın bəyanatında qeyd olunub.

    İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, onun hava hücumundan müdafiə sistemləri İranın İsrail ərazisinə atdığı bütün ballistik raketləri ələ keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR