AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya İkinci Dünya müharibəsi zamanı talan edilən mədəni sərvətləri Polşaya qaytaracaq

  • + A
  • - A
  • Bu gün, 22:26

    Almaniya İkinci Dünya müharibəsi zamanı talan edilən mədəni sərvətləri Polşaya qaytaracaq

    Almaniya İkinci Dünya müharibəsi illərində Polşadan talan edilən bir sıra qiymətli mədəni sərvətləri yaxın vaxtlarda Varşavaya qaytarmağa hazırlaşır.

    Polşanın “Gazeta Wyborcza” nəşrinin məlumatına görə, qaytarılacaq artefaktlar arasında Polşa kralı I Sigizmundun adı ilə əlaqələndirilən üzük, “Gaude Mater Polonia” himnini əks etdirən orta əsr əlyazmasının bir hissəsi, eləcə də tanınmış polyak yazıçısı Stefan Jeromskiyə aid əlyazmalar yer alır.

    Mədəni sərvətlərin təhvil verilməsi bu ay ərzində həyata keçiriləcək. Bu addım Polşa ilə Almaniya arasında mehriban qonşuluq və dostluq əməkdaşlığı haqqında müqavilənin imzalanmasının 35 illiyinə həsr olunmuş simvolik jest kimi qiymətləndirilir. Sözügedən sənəd 1989-cu ildə kommunist rejiminin süqutundan sonra iki ölkə arasındakı münasibətlərin formalaşmasında mühüm rol oynayıb.

    Qaytarılması nəzərdə tutulan artefaktlar Polşanın milli-mədəni irsinin ən dəyərli nümunələri hesab olunur. Onlar 1939–1945-ci illərdə Almaniyanın işğalı dövründə ölkədən aparılmış on minlərlə tarixi və mədəni əşya sırasındadır.

    Qeyd edək ki, Almaniya 2025-ci ilin dekabr ayında da Polşaya bir sıra orta əsr sənədləri və digər tarixi relikviyaları qaytarmışdı. Son illərdə iki ölkə arasında mədəni irsin restitusiyası prosesi əhəmiyyətli dərəcədə sürətlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR