Stratfor: Paşinyan hökuməti sülh kursunu davam etdirə bilər

ABŞ-ın analitik mərkəzi olan Stratfor hesab edir ki, Ermənistanda seçkilərin nəticələri baş nazir Nikol Paşinyana hökumət formalaşdırmağa və Azərbaycanla sülhün əldə olunmasına, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, eləcə də Qərblə əlaqələrin daha da dərinləşdirilməsinə yönəlmiş siyasəti davam etdirməyə imkan verəcək.
Analitiklərin qiymətləndirməsinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının əldə edəcəyi mandat sayı müxalifətin dəstəyi olmadan konstitusiya dəyişikliklərini həyata keçirmək üçün kifayət etməyə bilər.
Məlumatda qeyd olunur ki, bu vəziyyət Azərbaycanın irəli sürdüyü bir sıra tələblərin yerinə yetirilməsini çətinləşdirə bilər.
Stratforun təhlilində həmçinin vurğulanır ki, Rusiyaya yaxın müxalif qüvvələrin mövqelərinin güclənməsi ölkədaxili siyasi rəqabəti artıra və hökumətin Rusiyanın siyasi və iqtisadi təzyiqlərinə qarşı həssaslığını yüksəldə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.