Zelenski “The Guardian” nəşrinə verdiyi müsahibədə Rusiya ilə bağlı açıqlamalar verib.

Zelenski bildirib ki, Rusiya son dövrlərdə Azərbaycan, Ermənistan və Moldova kimi ölkələrdə nüfuzunu itirir. Onun sözlərinə görə, Moskva beynəlxalq arenada bir sıra siyasi uğursuzluqlarla üzləşir və əvvəlki kimi Avropada və postsovet məkanında təsir imkanlarını saxlaya bilmir.
Ukrayna lideri qeyd edib ki, Rusiyanın ayrı-ayrı ölkələrdə təsirini qorumaq cəhdləri nəticə vermir və ölkənin xarici siyasəti onun daha da beynəlxalq təcridə doğru getməsinə səbəb olur.
O, həmçinin regiondakı bəzi siyasi dəyişiklikləri nümunə göstərərək, Rusiyanın bir sıra ölkələrdə təsir gücünün zəiflədiyini vurğulayıb. Zelenskinin fikrincə, bu tendensiya Rusiyanın qlobal siyasətdəki mövqeyinə təsir edir və uzunmüddətli nəticələr doğura bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.