İran XİN-dən ABŞ-a çağırış: “Yaxın Şərqi tərk edin”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a müraciət edərək amerikalı hərbçilərin Yaxın Şərq ölkələrindən çıxarılmasını tələb edib.
O, “X” platformasında yazıb ki, İran silahlı qüvvələri istənilən hücum və ya təhdidə cavab verəcək:
“Silahlı qüvvələrimiz heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz qalmaq istəyirsinizsə, regionumuzu tərk edin.”
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ormuz boğazı üzərində ABŞ-a məxsus “Apache” helikopterinin vurulmasından sonra İrana zərbələr endirdiyini açıqlamışdı.
Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib.
Hadisələr regionda gərginliyi daha da artırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.