Si Cinpin: Çin və KXDR münasibətləri yeni tarixi mərhələyə daxil olub

Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyini bildirib.
Bu barədə o, 10 iyun tarixində KXDR lideri Kim Çen Ina göndərdiyi təşəkkür teleqramında qeyd edib.
Si Cinpin teleqramında bildirib:
“Səfərin uğurla keçməsindən məmnunam. Çin-Koreya münasibətləri artıq yeni tarixi mərhələyə qədəm qoyub.”
Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) məlumatına görə, liderlər arasında keçirilən görüş zamanı mühüm razılaşmalar əldə olunub. Bu razılaşmaların iki ölkə arasında əlaqələrə yeni məzmun verdiyi və ənənəvi dostluğun daha da gücləndirilməsi istiqamətində iradəni nümayiş etdirdiyi bildirilir.
Sənəddə həmçinin Pekin və Pxenyanın inkişaf, rifah və regional sabitlik üçün əməkdaşlığı genişləndirmək niyyətində olduğu vurğulanır.
Si Cinpin Kim Çen Ina, KXDR rəhbərliyinə və xalqına Çin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və gələcəkdə yeni görüşlərin keçiriləcəyinə ümid etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.