AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Samara və Çeboksarıdakı obyektlərə zərbələr endirib

  • + A
  • - A
  • Bu gün, 12:06

    Ukrayna Samara və Çeboksarıdakı obyektlərə zərbələr endirib

    Ukrayna tərəfindən Rusiya ərazisində bir neçə strateji obyektə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.

    Samara vilayətində raket təhlükəsi elan edilib. Vilayət rəhbəri Vyacheslav Fedorışev sakinləri sığınacaqlarda qalmağa və pəncərələrdən uzaq durmağa çağırıb. Təhlükə rejimi səhərə qədər davam edib. Rəsmi orqanlar nəticələrlə bağlı məlumat yaymasa da, yerli şahidlərin yaydığı görüntülərə əsasən Samaradakı Kuibışev neft emalı zavodu (NÖZ) zərbəyə məruz qalıb. Bu müəssisə “Rosneft” şirkətinə məxsus olub və regionun ən iri neft emalı zavodlarından biridir. Zavod əvvəllər də dron hücumları nəticəsində fəaliyyətini dayandırmışdı.

    Eyni gecə Çuvaşıstanın Çeboksarı şəhəri də raket hücumuna məruz qalıb. Region rəhbəri Oleg Nikolayev zərərçəkənlərin sayı və infrastruktur itkilərinin dəqiqləşdirildiyini bildirib. Məlumatlara görə, zərbə “VNİİR-Proqress” zavoduna dəyib. Bu müəssisə Rusiya ordusu üçün “Kometa” adlı antenalar istehsal edir və həmçinin GLONASS, GPS və Galileo sistemləri üçün avadanlıqlar hazırlayır. Zavodun istehsal etdiyi komponentlərin “Şahed” dronları, “İskəndər” və “Kalibr” raketlərində istifadə olunduğu bildirilir.

    Eyni zamanda Kursk, Çelyabinsk, Sverdlovsk, Penza və Yamalo-Nenets bölgələrində raket təhlükəsi elan edilib. Vladimir vilayətində isə dron hücumları nəticəsində iki obyekt yanıb. Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan 12 dronun vurulduğunu açıqlayıb.

    Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində 20 region üzərində 326 Ukrayna pilotsuz aparatının vurulduğunu bildirib. Nazirlik raketlərin qarşısının alınması barədə məlumat verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR