AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa 2040-cı ilədək 6-cı nəsil qırıcı təyyarəni təkbaşına hazırlaya biləcəyini açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 22:33

    Fransa 2040-cı ilədək 6-cı nəsil qırıcı təyyarəni təkbaşına hazırlaya biləcəyini açıqlayıb

    Fransa 2040-cı ilə qədər 6-cı nəsil döyüş təyyarəsi hazırlamaq üçün bütün zəruri texnoloji və sənaye imkanlarına malik olduğunu bəyan edib. Bu barədə Fransanın silahlı qüvvələr naziri Katrin Votren Milli Assambleyada çıxışı zamanı bildirib.

    Nazirin sözlərinə görə, Fransanın aparıcı müdafiə şirkətləri olan Dassault Aviation, Safran və Thales Group Avropada analoqu olmayan sənaye ekosistemi formalaşdırıblar və bu, ölkəyə yeni nəsil qırıcı təyyarəni xarici tərəfdaş olmadan hazırlamaq imkanı verir.

    “Hazırda Avropada qırıcı təyyarəni tamamilə müstəqil şəkildə istehsal edə bilən yeganə komanda budur”, – deyə Votren vurğulayıb.

    Nazir qeyd edib ki, son səkkiz il ərzində layihə ilə bağlı texnologiyaların inkişafına təxminən 2,5 milyard avro vəsait ayrılıb. Onun fikrincə, bu investisiyalar layihənin 2040-cı ilədək uğurla başa çatdırılmasına imkan verəcək.
    Bununla yanaşı, Fransa müttəfiqlərlə silah sistemlərinin uyğunluğu və inteqrasiyası sahəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

    Xatırladaq ki, Fransa və Almaniyanın birgə həyata keçirdiyi Future Combat Air System (FCAS) proqramında son vaxtlar müəyyən çətinliklər yaranıb. Məlumatlara görə, layihədə iştirak edən Airbus və Dassault arasında fikir ayrılıqları mövcuddur.

    Bu səbəbdən Paris və Berlin proqramın yenidən nəzərdən keçirilməsi və ya dayandırılması imkanlarını müzakirə edirlər.
    FCAS layihəsinin gələcəkdə Avropada istifadə olunan Eurofighter Typhoon və Dassault Rafale qırıcılarının əvəzlənməsi üçün nəzərdə tutulduğu bildirilir. :::


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR