Bloomberg: G7 liderləri Ukrayna danışıqları üçün Trampın dəstəyini istəyir

Bloomberg agentliyinin məlumatına görə, G7 ölkələrinin liderləri Ukrayna ilə bağlı danışıqlara Rusiya, Ukrayna, Avropa və ABŞ nümayəndələrinin cəlb olunması planını irəli sürmək üçün ABŞ Prezidenti Donald Trumpın dəstəyini almağa çalışır.
Məlumata əsasən, Avropa liderləri gələn həftə Fransada keçiriləcək G7 sammiti çərçivəsində Tramp ilə görüşlərdən istifadə edərək yeni sülh danışıqlarına siyasi dəstək əldə etməyi planlaşdırır. Bu barədə məlumatı Bloomberg mənbələrə istinadən yayıb.
Bildirilir ki, Avropa tərəfi Trampın dəstəyinin Rusiya tərəfini danışıqlar masasına oturmağa məcbur edə biləcəyini düşünür. Planlara görə, mümkün danışıqlar formatında Rusiya, Ukrayna, ABŞ və Avropa İttifaqının nümayəndələri iştirak edə bilər.
Mənbələrin iddiasına görə, belə bir görüşün artıq iyul ayında keçirilməsi ehtimal olunur, lakin bu plan hələlik rəsmi təsdiqlənməyib.
Qeyd edək ki, G7 sammiti qlobal iqtisadi və siyasi məsələlərin müzakirə olunduğu ən yüksək səviyyəli beynəlxalq platformalardan biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.