AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kaja Kallas İranın xarici işlər naziri ilə ABŞ-la bağlı son gərginliyi müzakirə edib

  • + A
  • - A
  • Bu gün, 22:14

    Kaja Kallas İranın xarici işlər naziri ilə ABŞ-la bağlı son gərginliyi müzakirə edib


    Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas İran və ABŞ arasında artan gərginlik fonunda İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

    Kallas sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, tərəflər arasında keçirilən görüşdə Fars körfəzindəki son vəziyyət və Tehranla Vaşinqton arasında aparılan danışıqların gedişi müzakirə olunub. O, həmçinin Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə də əlaqə saxladığını qeyd edib.

    “İranın xarici işlər naziri Abbas Əraqçi ilə Fars körfəzindəki son eskalasiya və ABŞ-la aparılan danışıqların vəziyyəti barədə danışdım. Eyni zamanda Küveytin xarici işlər naziri ilə də əlaqədə oldum. Fars körfəzi ölkələrinə və onların həyati əhəmiyyət daşıyan infrastrukturuna qarşı yenidən başlayan hücumlar qəbuledilməzdir. Tammiqyaslı müharibəyə qayıdış region üçün çox ağır nəticələrə səbəb ola bilər. Bu münaqişənin həlli üçün ən doğru yol diplomatiyadır”, – deyə Kallas vurğulayıb.
    Avropa İttifaqının ali nümayəndəsi bildirib ki, region ölkələrinə və onların kritik infrastrukturuna qarşı hücumların yenidən başlaması yolverilməzdir və tərəflər gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri davam etdirməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR