AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampın ad günüdür - 80 yaşı oldu

  • + A
  • - A
  • Bu gün, 10:30

    Trampın ad günüdür - 80 yaşı oldu

    Bu gün ABŞ prezidenti Donald Tramp özünün 80 illik yubileyini qeyd edir.

    O, artıq Amerikanın tarixində ən yaşlı liderə çevrilib və öz sələfi Co Baydenin rekordunu geridə qoyub.

    2024-cü ildə ikinci dəfə ABŞ prezidenti seçilən zaman Trampın 78 yaşı var idi. Bununla da o, 77 yaşında prezident seçilmiş sələfi Co Baydenin rekordunu təzələmişdi.

    Maraqlıdır ki, ABŞ Konstitusiyası prezident seçilmək üçün yalnız minimum yaş həddini – 35 yaşı tələb edir. Ali dövlət vəzifəsi üçün yuxarı yaş məhdudiyyəti isə qanunvericilikdə nəzərdə tutulmayıb.

    Buna görə də, əgər Tramp prezidentlik müddətini sonadək başa vurarsa, 2029-cu ilin yanvarında onun artıq 83 yaşı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR