AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kiyev hərbi administrasiyası: Rusiyanın hücumu nəticəsində 5 nəfər həlak olub

  • + A
  • - A
  • 15-06-2026, 19:00

    Kiyev hərbi administrasiyası: Rusiyanın hücumu nəticəsində 5 nəfər həlak olub

    Kiyev hərbi administrasiyasının rəsmisi Katerina Pop Rusiyanın ötən gecə Ukrayna paytaxtına raket hücumu nəticəsində 5 nəfərin həlak olduğunu bildirib.

    "Report"un Şərqi Avropa bürosuna danışan K.Popun sözlərinə görə, ilk olaraq dörd nəfərin həlak olduğu deyilsə də, beşinci şəxs xəstəxanada dünyasını dəyişib.

    "Zərərçəkənlərin sayına gəlincə, bizdə hazırda 35 nəfər yaralanıb. Onlardan təxminən 13-ü paytaxtın tibb müəssisələrində yerləşdirilib. Zərərçəkənlər arasında beş və altı yaşında iki uşaq da var".

    K.Pop vurğulayıb ki, hücum nəticəsində Kiyevin hər 10 rayonunda yaşayış binalarında və mülki infrastrukturda yanğınlar, dağıntılar və zədələnmələr qeydə alınıb.

    "Hazırda ən çox zərər Obolon, Şevçenko, Peçersk və Solomyansk rayonlarına dəyib. Düşmən yaşayış binalarını, çoxmənzilli yaşayış binalarını zədələyir, həmçinin düşmən fərdi yaşayış tikililərini, təhsil müəssisələrini, sosial müəssisələri zədələyir. Bu gün düşmən xristianlığın müqəddəs yerini zədələyib, məhz Kiyevo-Peçersk Lavrasına ziyan vurulub. Bu bizim insanları çox sarsıdıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR