ABŞ kəşfiyyatı: İran nüvə güzəştlərinə getməyə bilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff Prezident Donald Trumpa İranın əldə olunmuş razılaşmalara baxmayaraq nüvə proqramı ilə bağlı gözlənilən güzəştlərə getməyə biləcəyi barədə məlumat verib.
Axios portalının məlumatına görə, Ratkliff Ağ Ev rəhbərliyinə təqdim etdiyi kəşfiyyat məlumatlarında Tehranın yekun saziş çərçivəsində üzərinə götürəcəyi öhdəlikləri yerinə yetirməyə hazır olması ilə bağlı ciddi şübhələrin mövcud olduğunu bildirib.
Mənbələrin sözlərinə görə, ABŞ kəşfiyyat orqanlarının topladığı məlumatlar İran rəsmilərinin daxili müzakirələrdə səsləndirdikləri mövqelərlə vasitəçilər və ABŞ nümayəndələrinə verdikləri mesajlar arasında fərqlər olduğunu göstərir. Bu isə Vaşinqtonda İranın həqiqi niyyətləri ilə bağlı narahatlıqları artırıb.
Məlumata əsasən, memorandumun razılaşdırılması ərəfəsində keçirilən görüşlərdə ABŞ dövlət katibi Marco Rubio və müdafiə naziri Pete Hegseth sənədin etibarlılığı ilə bağlı ehtiyatlı mövqe nümayiş etdiriblər. Bununla yanaşı, vitse-prezident JD Vance, prezidentin xüsusi nümayəndəsi Steve Witkoff və Jared Kushner memorandumun qəbulunu dəstəkləyən tərəfdə yer alıblar.
Axios-un xəbərinə görə, Vens, Uitkoff və Kuşnerin yaxın günlərdə İran parlamentinin sədri Mohammad Bagher Ghalibaf və xarici işlər naziri Abbas Araghchi ilə görüşü planlaşdırılır. Görüşdə memorandum əsasında hazırlanacaq sülh sazişinin növbəti mərhələlərinin müzakirə ediləcəyi bildirilir.
Analitiklər hesab edirlər ki, ABŞ kəşfiyyatının bu qiymətləndirməsi Vaşinqton ilə Tehran arasında aparılan danışıqların gələcəyinə və mümkün yekun razılaşmanın şərtlərinə ciddi təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.