AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa fond bazarları dördüncü sessiyanı da yüksəlişlə başa vurub

  • + A
  • - A
  • Bu gün, 11:53

    Avropa fond bazarları dördüncü sessiyanı da yüksəlişlə başa vurub


    Avropanın aparıcı fond indeksləri iyunun 16-da keçirilən ticarət sessiyasını artımla tamamlayaraq ardıcıl dördüncü gün yüksəliş nümayiş etdiriblər.

    İnvestorların optimizminə ABŞ və İran arasında Yaxın Şərqdəki böhranın nizamlanması istiqamətində ilkin memorandumun imzalanması ilə bağlı xəbərlər dəstək verib. Sənədin rəsmi imzalanma mərasiminin iyunun 19-da keçiriləcəyi gözlənilir.

    Nəticədə Avropanın ən iri şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,25% artaraq 636 bəndə yüksəlib.

    Ölkələr üzrə isə:

    Böyük Britaniyanın FTSE 100 indeksi 0,6%,
    Almaniyanın DAX indeksi 0,1%,
    Fransanın CAC 40 indeksi 0,75%,
    İtaliyanın FTSE MIB indeksi 1,15%,
    İspaniyanın IBEX 35 indeksi isə 0,7% bahalaşıb.

    Ekspertlər qeyd edirlər ki, Yaxın Şərqdə gərginliyin azalması neft qiymətlərinin ucuzlaşmasına səbəb olub. Bu isə dünya enerji tədarükü üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyin bərpası ilə əlaqələndirilir.

    XTB broker şirkətinin araşdırmalar direktoru Ketlin Bruksun sözlərinə görə, aşağı faiz dərəcələri və ucuzlaşan neft Avropa şirkətlərinin gəlirliliyini artıraraq regionu investorlar üçün daha cəlbedici edəcək.

    Bu arada, Almaniya və avrozonada açıqlanan yeni statistik göstəricilər biznes etimadının yaxşılaşdığını göstərib. Almaniyanın ZEW İqtisadi Araşdırmalar İnstitutunun hesabladığı iqtisadi gözləntilər indeksi iyunda mənfi 10,2 bənddən 10,5 bəndə yüksələrək müsbət zonaya keçib. Avrozonada isə analoji göstərici mənfi 9,1 bənddən 9,5 bəndə çatıb.

    Korporativ xəbərlər fonunda İtaliyanın UniCredit bankının səhmləri 4,2%, Almaniyanın Commerzbank səhmləri isə 0,3% bahalaşıb. Almaniya hökuməti UniCredit-in Commerzbank-ı almaq təklifini qiymətin aşağı olması səbəbindən rədd edib.

    Polşanın onlayn ticarət platforması Allegronun səhmləri investorların müsbət reaksiyası nəticəsində 7,8% yüksəlib.

    DAX indeksində ən yüksək artım sənaye avadanlıqları istehsalçısı GEA Groupun səhmlərində qeydə alınıb. Şirkətin bazar dəyəri 5,1% artıb.

    Bununla yanaşı, Avropanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan STMicroelectronics şirkətinin səhmləri 1,5 milyard dollarlıq konvertasiya olunan istiqraz emissiyası elan etdikdən sonra 4,1% ucuzlaşıb.

    Böyük Britaniyanın aktivlərin idarə olunması şirkəti Rathbones yeni müştərilərin qəbulunu 12 ay müddətinə dayandırdığını açıqladıqdan sonra onun səhmləri 17% dəyər itirib.

    Neft-qaz sektorunda isə BP və Shell şirkətlərinin səhmləri müvafiq olaraq 0,7% və 0,4% ucuzlaşıb. Norveçin Equinor şirkətinin səhmləri də 0,6% geriləyib. Buna baxmayaraq, şirkət 2026-cı ildə səhmlərin geri alınması proqramının həcmini iki dəfə artıraraq 3 milyard dollara çatdıracağını açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR