Tramp: Yaxın Şərqdə bütün cəbhələrdə tam atəşkəs gözləyirik

Tramp: Yaxın Şərqdə bütün cəbhələrdə tam atəşkəs gözləyirik
ABŞ Prezidenti Donald Trump Yaxın Şərqdə davam edən qarşıdurmalarla bağlı Vaşinqtonun bütün cəbhələrdə, o cümlədən Livan və İsrail arasında tam atəşkəsin təmin olunmasını gözlədiyini bəyan edib.
Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, ABŞ regionda sülhün və sabitliyin bərqərar olmasına sadiqdir və tərəfləri əldə olunmuş razılaşmalara əməl etməyə çağırır.
ABŞ prezidentinin sözlərinə görə, danışıqlar prosesinin uğurla davam etməsi üçün bölgə ölkələri üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmalı və gərginliyin yenidən artmasına imkan verməməlidirlər.
“Birləşmiş Ştatlar sülhə sadiqdir və Yaxın Şərqdəki bütün tərəfləri öz öhdəliklərinə riayət etməyə çağırır ki, danışıqlar prosesi uğurla inkişaf etsin”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, son aylarda Yaxın Şərqdə, xüsusilə İsrail-Livan sərhədində və regionun digər nöqtələrində gərginlik artıb. Vaşinqton isə diplomatik kanallar vasitəsilə atəşkəsin qorunması və siyasi dialoqun davam etdirilməsi istiqamətində səylərini davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.