AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

  • + A
  • - A
  • Bu gün, 16:14

    İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib


    İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus 80-dən çox hədəfi vurub.

    Qruplaşmanın Nəbatiyyə, eləcə də Livanın cənubundakı digər rayonlarda yerləşən qərargahlarına, buraxılış qurğularına və digər infrastruktur obyektlərinə zərbələr endirilib.

    Bundan başqa, İsrail ordusu Bekaa vadisində "Hizbullah"ın iki qərargahına hücum edib.

    "Zərbələr nəticəsində "Hizbullah"ın bu qərargahlarda fəaliyyət göstərən onlarla yaraqlısı öldürülüb", - məlumatda bildirilib.

    Qeyd edilib ki, əməliyyat qruplaşmanın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR