AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Al Jazeera"nın jurnalisti Qəzzada öldü

  • + A
  • - A
  • Bu gün, 13:00

    "Al Jazeera"nın jurnalisti Qəzzada öldü

    "Al Jazeera"nın müxbiri İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi aviazərbə nəticəsində həlak olub.

    Bu barədə Qətər telekanalının bəyanatında deyilir.

    "Əhməd Vişah Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına İsrailin aviazərbəsi nəticəsində öldürülüb", - "Al Jazeera"da qeyd edilib.

    Telekanalın rəhbərliyi hücumu qətiyyətlə pisləyib. "Bu, bütün beynəlxalq qanunların və normaların yeni, kobud şəkildə pozulmasıdır və jurnalistlərin təqib edilməsi, həqiqət səsinin boğulması üzrə davam edən sistematik siyasəti əks etdirir", - bəyanatda deyilir.

    Dəqiqləşdirilir ki, İsrail Müdafiə Ordusunun Fələstin anklavının ərazisinə endirdiyi son zərbələr zamanı Vişah da daxil olmaqla, 10 nəfər həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR