AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazirin həyat yoldaşına ölkədən çıxış qadağası

  • + A
  • - A
  • Bu gün, 20:26

    Baş nazirin həyat yoldaşına ölkədən çıxış qadağası

    İspaniyada baş nazir Pedro Sánchezin həyat yoldaşı Begoña Gómez barəsində korrupsiya iddiaları ilə bağlı aparılan araşdırma yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib.
    Məlumata görə, məhkəmə Begoña Qomezə qarşı korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi və qanunsuz əmlak əldə edilməsi ilə bağlı iddiaların araşdırılması barədə qərar qəbul edib. İddialar çərçivəsində onun ölkədən çıxışına da məhdudiyyət qoyulduğu bildirilir.
    Bu hadisə bir daha göstərir ki, demokratik hüquq dövlətlərində qanun qarşısında toxunulmaz şəxslər yoxdur. Dövlət rəhbərinin ailə üzvləri belə hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırmalarından kənarda qalmır.
    Oxşar vəziyyət Benjamin Netanyahu və onun həyat yoldaşı Sara Netanyahu ilə bağlı da uzun illərdir müşahidə olunur. İsraildə onların ətrafında müxtəlif korrupsiya iddiaları üzrə məhkəmə prosesləri davam edir və bu mövzu ölkənin siyasi gündəmində əsas məsələlərdən biri olaraq qalır.
    Bu nümunələr tərəfdarlarının fikrincə, demokratiyanın əsas prinsiplərindən biri olan qanunun aliliyinin praktik təzahürüdür: siyasi statusundan asılı olmayaraq hər kəs hüquq qarşısında cavabdehdir və məhkəmə prosesləri müstəqil şəkildə davam etdirilir.
    Məlumat Eynulla Fətullayevin sosial media hesanından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR