AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran və ABŞ İsveçrədə keçirilən danışıqlarda irəliləyiş əldə edib

  • + A
  • - A
  • Bu gün, 08:37

    İran və ABŞ İsveçrədə keçirilən danışıqlarda irəliləyiş əldə edib



    İsveçrədə İran və ABŞ nümayəndələri arasında keçirilən danışıqlar mühüm irəliləyişlə nəticələnib. Vasitəçi qismində çıxış edən Pakistan və Qətər nümayəndələri görüşün yekunlarını nikbin qiymətləndiriblər.

    Birgə bəyanatda bildirilir ki, danışıqlarda əldə olunan irəliləyiş tərəflər arasında razılığın mümkünlüyünə ümid yaradır. Qeyd olunub ki, görüş konstruktiv və müsbət atmosferdə keçib.

    Tərəflər həmçinin Livanda mümkün qarşıdurmaların qarşısının alınması üçün xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Qrupa ABŞ, İran və Livan nümayəndələri daxil olacaq, Pakistan və Qətər isə vasitəçilik missiyasını davam etdirəcəklər.

    Yeni yaradılacaq mexanizmin əsas məqsədi İsrail ilə "Hizbullah" arasında hərbi toqquşmaların dayandırılmasına və gərginliyin azaldılmasına töhfə verməkdir.

    Bəyanata əsasən, bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonunadək İsveçrənin Bürgenştok kurortunda davam etdiriləcək.

    Pakistan və Qətər nümayəndələri yekun razılaşmanın əldə olunması üçün danışıqların konstruktiv mühitdə davam etməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildiriblər.

    İranın xarici işlər naziri Abbas Əraqçi isə X sosial şəbəkəsində paylaşım edərək Pakistan və Qətərin vasitəçilik səylərinin Livandakı müharibənin dayandırılması istiqamətində mühüm irəliləyişə səbəb olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR