AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Ümid edirəm ki, İran neft gəlirlərini ordusunu bərpa etməyə sərf etməyəcək

  • + A
  • - A
  • Bu gün, 10:23

    Tramp: Ümid edirəm ki, İran neft gəlirlərini ordusunu bərpa etməyə sərf etməyəcək


    ABŞ Prezidenti Donald Trump bildirib ki, ümid edir, İran neft satışından əldə etdiyi gəlirləri hərbi potensialını gücləndirməyə deyil, əhalinin ərzaq təminatına yönəldəcək.

    "Onların bunu etməyəcəyini düşünürük. Hesab edirik ki, bu vəsaiti öz xalqı üçün ərzaq almağa xərcləyəcəklər. Çünki onların xalqı çox acdır", – deyə Tramp jurnalistin İranın neft gəlirlərinin silahlı qüvvələrin maliyyələşdirilməsinə yönəldilə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.

    ABŞ liderinin sözlərinə görə, İran əsasən amerikalı fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarını alacaq.

    Tramp, həmçinin qeyd edib ki, onun fikrincə, nüvə silahı təhlükəsi dünya iqtisadiyyatında baş verə biləcək mümkün böhrandan daha ciddi risk yaradır.

    "İqtisadi depressiya çox pis hadisədir. Amma nüvə silahı depressiyanı daha sürətlə gətirə bilər", – deyə ABŞ prezidenti vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR