AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə naməlum pilotsuz uçuş aparatı yaşayış evinin yaxınlığına düşərək yanıb

  • + A
  • - A
  • Bu gün, 10:08

    Türkiyədə naməlum pilotsuz uçuş aparatı yaşayış evinin yaxınlığına düşərək yanıb


    Türkiyənin Kastamonu vilayətinin Cidə rayonunun Kuşkayası kəndində naməlum pilotsuz uçuş aparatı (PUA) yaşayış evinin yaxınlığındakı fındıq bağına düşərək alovlanıb.

    Yerli Milliyet qəzetinin məlumatına görə, hadisədən sonra aparat yanmağa başlayıb, qəlpələri isə ətrafa səpələnib.

    Bildirilib ki, kənd sakini güclü partlayış səsi eşitdikdən sonra evindən təxminən 10 metr aralıda PUA-nın qalıqlarını aşkar edib. İlkin qiymətləndirmələrə əsasən, aparatın çəkisinin 200 kiloqramdan artıq olduğu ehtimal edilir.

    Hadisə yerinə jandarma əməkdaşları cəlb olunub. Ərazi mühasirəyə alınıb və pilotsuz uçuş aparatının mənşəyi, eləcə də kimə məxsus olduğu araşdırılır.

    Bundan əlavə, Samsun vilayətində də, ilkin ehtimala görə, Ukraynaya məxsus kamikadze pilotsuz uçuş aparatının daha bir fraqmentinin aşkar edildiyi bildirilir. Bununla bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR