Rubio: Müttəfiqlərin hərbi bazalarını istifadəyə verməməsi NATO-nun məqsədəuyğunluğunu sual altına qoyur

Rubio: Müttəfiqlərin hərbi bazalarını istifadəyə verməməsi NATO-nun məqsədəuyğunluğunu sual altına qoyur
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, zərurət yarandığı halda müttəfiq ölkələrin öz hərbi bazalarından istifadəyə icazə verməməsi NATO-nun mövcudluğunun mənasını sual altına alır.
Rubio bu barədə Bəhreyndə çıxışı zamanı danışıb.
"Əgər bu ölkələr öz hərbi bazalarından istifadəyə imkan verməyə hazır deyillərsə, bu, bütövlükdə alyansın mahiyyətini və məqsədəuyğunluğunu sual altına qoyur", – deyə ABŞ dövlət katibi vurğulayıb.
O, əlavə təfərrüat verməsə də, bəyanatı NATO müttəfiqləri arasında hərbi əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi məsələləri ilə bağlı müzakirələr fonunda səsləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.