Livan Səhiyyə Nazirliyi: İsrail hücumlarında ölənlərin sayı 4230-a çatıb

Livan Səhiyyə Nazirliyi bildirib ki, martın 2-dən iyunun 25-dək İsrailin həyata keçirdiyi hücumlar nəticəsində 4230 nəfər həlak olub, 12 min 179 nəfər isə yaralanıb.
Məlumata görə, İsrail ordusu Livanın cənubunda bir sıra ərazilərdə mövcudluğunu davam etdirir. Bu bölgələrin bəziləri uzun illərdir İsrailin nəzarətində qaldığı halda, digər ərazilər 2023–2024-cü illərdə baş vermiş müharibə zamanı işğal edilib.
Bildirilir ki, son hərbi əməliyyatlar zamanı İsrail qüvvələri Livan ərazisinin 10 kilometrdən çox dərinliyinə qədər irəliləyib.
Eyni zamanda, ABŞ və İran arasında yaxın vaxtlarda imzalanmış qarşılıqlı anlaşma memorandumu Livan da daxil olmaqla bir neçə cəbhədə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Tərəflər bu addımın regionda davamlı sülh razılaşmasının əldə olunmasına töhfə verəcəyini bildirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.