AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ–İRAN DANIŞIQLARI İLƏ BAĞLI QEYRİ-MÜƏYYƏNLİK DAVAM EDİR

  • + A
  • - A
  • Bu gün, 08:39

    ABŞ–İRAN DANIŞIQLARI İLƏ BAĞLI QEYRİ-MÜƏYYƏNLİK DAVAM EDİR

    ABŞ Prezidenti Donald Trumpın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff Qətərin paytaxtı Dohaya yola düşüb. Bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

    Məlumata görə, çərşənbə axşamı Dohada ABŞ və İran nümayəndələri arasında danışıqların keçirilməsi gözlənilir. Lakin Uitkoffu ABŞ prezidentinin kürəkəni Jared Kushnerin müşayiət edib-etmədiyi barədə məlumat verilməyib.

    Xatırladaq ki, Prezident Donald Tramp daha əvvəl Dohada ABŞ–İran danışıqlarının keçiriləcəyini açıqlamışdı. Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei yaxın günlərdə Tehranın ABŞ tərəfi ilə Qətərdə hər hansı təmas planlaşdırmadığını bildirib.

    Beləliklə, tərəflərdən verilən ziddiyyətli açıqlamalar fonunda ABŞ–İran danışıqlarının keçirilib-keçirilməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR