AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Monakoda baş verən partlayış terror aktı olmayıb

  • + A
  • - A
  • Bu gün, 16:04

    Monakoda baş verən partlayış terror aktı olmayıb


    Monako Knyazlığında baş verən partlayışın terror aktı olmadığı açıqlanıb.

    Monakonun baş prokuroru Stefan Tibo keçirdiyi mətbuat konfransında bildirib ki, ilkin araşdırmalar hadisənin terror hücumu kimi qiymətləndirilməsinə əsas vermir.

    Fransanın "Le Figaro" qəzeti polis mənbələrinə istinadən yazıb ki, bazar ertəsi Monakoda, De Mülen meydanı yaxınlığında baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb. Yaralananlar arasında 1968-ci il təvəllüdlü ukraynalı oliqarx Vadim Yermolayev də var.

    Stefan Tibo qeyd edib ki, istintaq davam edir və hadisənin bütün səbəbləri araşdırılır. Onun sözlərinə görə, hazırda mövcud olan məlumatlar partlayışın terror aktı olduğunu deməyə əsas vermir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR