Qalibaf: ABŞ öhdəliklərini dialoq yolu ilə yerinə yetirməsə, müharibəyə hazırıq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, son günlər Fars körfəzində baş verən hadisələr atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirilir və Tehran buna adekvat cavab verəcək.
Onun sözlərinə görə, son insident zamanı ABŞ-ın Bəhreyn və Küveytdə yerləşən hərbi bazaları hücuma məruz qalıb.
"Bu proses göstərir ki, biz qarşılıqlı anlaşma memorandumunun icrasına ciddi yanaşırıq. Danışıqlarda iştirak edirik, lakin əgər ABŞ dialoq yolu ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etsə, biz müharibəyə hazırıq", – deyə Qalibaf bildirib.
İran parlamentinin sədri qeyd edib ki, Livandakı vəziyyət fərqlidir. Onun sözlərinə görə, İsrail ölkənin cənubundakı bəzi əraziləri işğal altında saxlasa da, memorandumun imzalanmasından sonra bölgədə hücumların sayı əhəmiyyətli dərəcədə azalıb.
Qalibaf əlavə edib ki, İran mümkün razılaşmanın əldə olunmasından dərhal sonra onun həyata keçirilməsi üçün zəruri olan beş şərtin yerinə yetirilməsi istiqamətində diplomatik fəaliyyətini davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.