AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Konqresində Tramp administrasiyasına ultimatum: "Qoşunlar Polşaya qaytarılmasa, qanun layihəsini dəstəkləməyəcəyik"

  • + A
  • - A
  • Dünən, 23:33

    ABŞ Konqresində Tramp administrasiyasına ultimatum: "Qoşunlar Polşaya qaytarılmasa, qanun layihəsini dəstəkləməyəcəyik"


    ABŞ Konqresinin Nümayəndələr Palatasında bir qrup mötədil respublikaçı Prezident Donald Tramp administrasiyasına ultimatum verib. Onlar bildiriblər ki, ABŞ qoşunları yenidən Polşaya yerləşdirilməyəcəyi təqdirdə, hərbi xərclərlə bağlı 88 milyard dollarlıq qanun layihəsini dəstəkləməyəcəklər.
    Politico nəşrinin məlumatına görə, təşəbbüsün müəllifi konqresmen Don Bekondur. O və bir neçə respublikaçı həmkarı Ağ Evdən ötən ay gözlənilmədən Polşadan çıxarılan 4200 amerikalı hərbçinin geri qaytarılması ilə bağlı verilən vədin yerinə yetirilməsini tələb edirlər.

    Qanun layihəsində İranla bağlı hərbi əməliyyatların maliyyələşdirilməsi ilə yanaşı, kənd təsərrüfatına dəstək və Ebola virusuna qarşı mübarizə tədbirləri üçün də vəsait ayrılması nəzərdə tutulur.

    Respublikaçıların Nümayəndələr Palatasında cüzi üstünlüyə malik olması, demokratların layihəyə etiraz edəcəyi gözləntisi və bəzi mühafizəkarların xərclərin həcmi ilə bağlı narazılığı səbəbindən cəmi üç respublikaçının etirazı belə sənədin qəbulunu təhlükə altına sala bilər. Bu isə Palatanın spikeri Mayk Conson üçün ciddi siyasi problem yarada bilər.
    Don Bekon bildirib ki, Ağ Ev onun səsini qazanmaq istəyirsə, ilk növbədə Polşadakı ABŞ hərbi kontingenti ilə bağlı məsələni həll etməlidir. Konqresmen Brayan Fitspatrik də bu mövqeyi dəstəkləyərək, Pentaqondan ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı siyasətin niyə dəyişdirildiyini izah etməsini tələb edib.

    Respublikaçı konqresmen Ostin Skott isə qanun layihəsini dəstəklədiyini bildirsə də, Bekon və Fitsatrikin səsləri olmadan sənədin qəbulunun çətin olacağını etiraf edib.
    Xatırladaq ki, may ayında ABŞ-ın 4200 hərbçisinin Polşaya göndərilməsi planının ləğv edilməsi həm Konqresdə, həm ABŞ ordusunda, həm də Polşa hakimiyyətində narazılıq doğurmuşdu. Bundan sonra Varşava məsələni aydınlaşdırmaq üçün Vaşinqtona yüksək səviyyəli müdafiə rəsmiləri göndərmişdi.

    Daha sonra ABŞ Prezidenti Donald Trump Polşada keçirilən prezident seçkilərində qalib gələn Karol Nawrockini dəstəklədiyini bildirərək, ölkəyə əlavə 5 min ABŞ hərbçisi göndərmək niyyətində olduğunu açıqlamışdı. Lakin bu plan hələ də həyata keçirilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR