AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və İran arasında böhran vəziyyətləri üçün rabitə kanalı yaradılıb

  • + A
  • - A
  • Bu gün, 10:57

    ABŞ və İran arasında böhran vəziyyətləri üçün rabitə kanalı yaradılıb


    ABŞ ilə İran arasında gərginliyin azaldılması məqsədilə böhran vəziyyətlərinin idarə olunması üçün xüsusi rabitə kanalı yaradılıb.

    "The Wall Street Journal" nəşrinin Ağ Evdəki adı açıqlanmayan rəsmiyə istinadən yaydığı məlumata görə, kanal İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) arasında mümkün insidentlərin qarşısının alınmasına xidmət edir və artıq hər iki tərəf tərəfindən istifadə olunur.

    Məlumata əsasən, bu addım bölgədə gərginliyin daha da artmasının qarşısını almaq və tərəflər arasında yanlış anlaşılma riskini minimuma endirmək məqsədi daşıyır.

    Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İsveçrədə keçirilən danışıqlardan sonra Tehran və Vaşinqton arasında siyasi əlaqə kanalı yaradılıb. Onun sözlərinə görə, iki ölkə arasında hərbi rabitə kanalı isə mövcud deyil.

    Beləliklə, Ağ Evin açıqlaması ilə İran tərəfinin mövqeyi arasında hərbi kommunikasiya məsələsində fərqli yanaşma ortaya çıxıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR