ABŞ vitse-prezidenti: Papanın miqrasiya ilə bağlı mövqeyi narahatlıq doğurur

ABŞ-ın vitse-prezidenti JD Vance bildirib ki, Roma Papası Pope Leo XIV-ün miqrasiya siyasəti ilə bağlı mövqeyi, xüsusilə ABŞ-a aid açıqlamaları Vaşinqtonda narahatlıq yaradır.
Vens bu barədə Fox News telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, Vatikanın miqrasiya məsələsinə dair bəzi bəyanatları ilə razı deyil.
ABŞ-ın vitse-prezidenti, özü də katolik olduğunu xatırladaraq bildirib ki, kilsə nümayəndələri ilə görüşlərdə ABŞ-ın miqrasiya siyasətinin əsaslarını izah etməyə çalışır.
"Onlara deyirəm ki, bu məsələdə düşmənçilik nümayiş etdirmirik. Dialoqa çağırıram, eyni zamanda xatırladıram ki, kütləvi miqrasiyanın mənfi nəticələri də var", – deyə Vens vurğulayıb.
Qeyd edək ki, Roma Papası Lev XIV daha əvvəl ABŞ Prezidenti Donald Trump administrasiyasının anti-miqrasiya siyasətini dəfələrlə tənqid edib. Pontifik Vaşinqtonu miqrantlara münasibətdə yanaşmasını yenidən nəzərdən keçirməyə çağıraraq, həyata keçirilən tədbirlərin həddindən artıq sərt olduğunu bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.