ABŞ zəlzələdən sonra Venesuelaya 900-dən çox hərbçi göndərib

ABŞ Venesuelada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə bu ölkəyə 900-dən çox hərbçi göndərib.
Reuters agentliyinin məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri Francis Donovan açıqlayıb.
Onun sözlərinə görə, əlavə olaraq təxminən 800 ABŞ hərbçisi Curaçao və Puerto Rico ərazisində yerləşdirilib. ABŞ ordusu vəziyyət barədə daha dolğun məlumat toplamaq üçün 4–5 ədəd MQ-9 Reaper kəşfiyyat pilotsuz uçuş aparatından da istifadə edir.
General Donovan bildirib ki, bu pilotsuz aparatlar adətən təhlükələrin izlənilməsi üçün istifadə olunsa da, hazırda onların vasitəsilə yolların vəziyyəti və zərər görmüş binaların yerləşdiyi ərazilər müəyyən edilir.
O vurğulayıb ki, ABŞ hərbçilərinin Venesuelaya göndərilməsi yalnız humanitar yardım missiyası çərçivəsində həyata keçirilir və uzunmüddətli hərbi yerləşdirmə planlaşdırılmır.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentri Yaracuy ştatında yerləşib. Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 1 943 nəfər həlak olub, 10 mindən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.