ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Ərəbistan dənizində məcburi eniş edib

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60S Sea Hawk tipli helikopter Ərəbistan dənizində qəza səbəbindən məcburi eniş edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Əməliyyat Donanmasının yaydığı məlumata görə, hadisə nəticəsində bir hərbçi itkin düşüb, daha üç hərbçi isə müxtəlif xəsarətlər alıb. Yaralıların vəziyyətinin sabit olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, helikopterin qəzaya uğramasının düşmən hücumu ilə bağlı olduğuna dair heç bir əlamət yoxdur.
Hazırda bölgədə ABŞ Hərbi Dəniz Qüvvələri itkin düşmüş ekipaj üzvünün axtarışlarını davam etdirir. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.