Fransanın cənubunda genişmiqyaslı meşə yanğınları davam edir

Fransanın cənubunda bir neçə həftədir davam edən quraqlıq və rekord isti hava fonunda genişmiqyaslı meşə yanğınları baş verib.
Ən böyük yanğın ocağı Od və Ero bölgələrində qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, alovun söndürülməsinə 800-ə yaxın yanğınsöndürən, 150-yə yaxın texnika və 4 suatan təyyarə cəlb olunub. Yanğın indiyədək 900 hektardan çox ərazini külə döndərib.
Yeni yanğın ocaqları Marsel ətrafında da yaranıb. Alov nəzarət altına alınsa da, hələ tam söndürülməyib.
Fransanın Baş naziri Sébastien Lecornu bildirib ki, yay mövsümünün əvvəlindən ölkədə 7 minə yaxın yanğın qeydə alınıb və nəticədə 8 700 hektara yaxın ərazi yanıb. O, vəziyyəti "kifayət qədər gərgin" adlandırıb.
Həmçinin Kane-an-Russiyon sahil bölgəsində baş verən yanğınlar səbəbindən üç kempinqdən 1 500-ə yaxın insan təxliyə edilib, yüzlərlə səyyar yaşayış evi isə alovun qurbanı olub.
Yerli hakimiyyət bildirir ki, əsas məqsəd alovun sənaye zonasına yayılmasının qarşısını almaqdır. Sinoptiklər yaxın günlərdə yüksək temperaturun, quraqlığın və güclü küləyin davam edəcəyini, bunun isə yanğınların söndürülməsini daha da çətinləşdirəcəyini xəbərdarlıq edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.