ABŞ-də çimərliklərdə köpəkbalığı təhlükəsi ilə bağlı xəbərdarlıq sistemi yaradılır

ABŞ-də 2024-cü ildə adlı 15 yaşlı yeniyetmənin köpəkbalığı hücumundan ağır xəsarət almasından sonra çimərliklərdə fövqəladə xəbərdarlıq sisteminin yaradılmasını nəzərdə tutan qanun qəbul edilib.
Hadisə zamanı Florida sahillərində üzən Lulu Gribbin sol əlini və sağ ayağının bir hissəsini itirib. Sonradan məlum olub ki, onun hücumuna qədər təxminən 90 dəqiqə əvvəl və yaxın ərazidə daha bir köpəkbalığı hücumu qeydə alınıb. Lakin bu barədə məlumat çimərlikdə istirahət edən insanlara çatdırılmayıb.
Lulu Gribbin bildirib ki, əgər həmin vaxt xəbərdarlıq olsaydı, suya girməzdi.
"Lulu qanunu" adlandırılan sənəd tərəfindən imzalanıb. Qanuna əsasən, mobil telefonlara köpəkbalığı hücumu barədə fövqəladə bildirişlərin göndərilməsinə imkan yaratmalıdır. Bu sistem məntiq etibarilə itkin düşən uşaqlarla bağlı istifadə olunan Amber Alert xəbərdarlıq sisteminə bənzəyəcək.
Qanunun icrası isə ayrı-ayrı ştatların səlahiyyətində olacaq.
Qanun layihəsinin müəllifi bildirib ki, əsas məqsəd sahildə və ya suda olan insanları potensial təhlükə barədə operativ şəkildə məlumatlandırmaqdır.
Dəniz bioloqlarının məlumatına görə, dünyada hər il orta hesabla 60–80 səbəbsiz köpəkbalığı hücumu qeydə alınır və eyni ərazidə qısa müddət ərzində bir neçə belə hadisənin baş verməsi olduqca nadir rast gəlinən hal hesab edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.