AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp bazarın çöküşü zamanı texnologiya nəhənglərinin səhmlərini alıb

  • + A
  • - A
  • Bu gün, 10:02

    Tramp bazarın çöküşü zamanı texnologiya nəhənglərinin səhmlərini alıb


    ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə administrasiyasının tarif siyasəti fonunda baş verən bazar enişi zamanı iri texnologiya şirkətlərinin səhmlərini alıb.

    Məlumata görə, Tramp 2025-ci il aprelin 8-də, bazarlarda kəskin dalğalanmaların yaşandığı vaxt 327 səhm alışı həyata keçirib. Həmin dövrdə fond bazarındakı eniş ABŞ administrasiyasının genişmiqyaslı idxal rüsumları tətbiq etmək planı ilə əlaqələndirilirdi.

    Bildirilir ki, alışlar bazarın dörd gün davam edən enişinin son mərhələsində reallaşıb. Trampın aldığı səhmlər arasında Apple, Alphabet (Google-un ana şirkəti), Amazon, Microsoft və Nvidia kimi dünyanın aparıcı texnologiya şirkətlərinin qiymətli kağızları yer alıb.

    CNBC-nin təhlilinə əsasən, Tramp əsasən bazar enişi nəticəsində dəyəri nəzərəçarpacaq dərəcədə ucuzlaşan iri texnologiya şirkətlərinin səhmlərinə üstünlük verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR