ABŞ İsrailin İran rəsmilərinə sui-qəsd planından ehtiyat edib

ABŞ administrasiyası Vaşinqton və Tehran arasında aprel ayında başlayan atəşkəs danışıqları zamanı İsrailin İranın əsas danışıqlar aparan rəsmilərini aradan götürməyə cəhd edə biləcəyindən narahat olub.
The New York Times qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-də xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqir Qalibafın mümkün hədəfə çevriləcəyi ilə bağlı narahatlıq yaranmışdı.
Bildirilir ki, İsrail müharibənin əvvəlindən yüksək vəzifəli İran rəsmilərinin zərərsizləşdirilməsini öz strategiyasının bir hissəsi kimi qiymətləndirirdi. Qəzetin yazdığına görə, münaqişənin ən gərgin mərhələsində Əraqçi və Qalibaf İran hakimiyyətinin aparıcı simaları kimi rejim dəyişikliyi cəhdləri çərçivəsində potensial hədəf hesab oluna bilərdi.
Məlumata əsasən, Vaşinqton hesab edirdi ki, apreldə başlanan ciddi danışıqlar fonunda bu cür mümkün sui-qəsd cəhdi diplomatik prosesi pozacaq və hərbi əməliyyatların yenidən alovlanmasına səbəb olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.