AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliya NATO-nun Ukrayna ilə bağlı bəyanatından 2027-ci ilin çıxarılmasını təklif edib

  • + A
  • - A
  • Dünən, 22:36

    İtaliya NATO-nun Ukrayna ilə bağlı bəyanatından 2027-ci ilin çıxarılmasını təklif edib


    İtaliya NATO-nun Ankara sammitinin yekun bəyanatında Ukraynaya dəstəklə bağlı 2027-ci ilin qeyd olunmamasını təklif edib. Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, Roma Ukraynaya hərbi yardımın 2027-ci ilin sonunadək davam etdirilməsini nəzərdə tutan ifadənin daha yumşaq formada təqdim olunmasını istəyir. İtaliya hesab edir ki, konkret vaxt çərçivəsinin göstərilməsi diplomatik səyləri məhdudlaşdıra və münaqişənin danışıqlar yolu ilə həlli imkanlarını əvvəlcədən zəiflədə bilər.

    Hazırkı bəyanat layihəsində NATO müttəfiqlərinin 2026 və 2027-ci illərdə Ukraynaya ümumilikdə təxminən 70 milyard avro ayıracağı qeyd olunur. Söhbət yeni maliyyə öhdəliklərindən deyil, NATO çərçivəsində daha əvvəl razılaşdırılmış illik töhfələr və Avropa İttifaqının əlavə maliyyə dəstəyindən formalaşan vəsaitdən gedir.

    Qeyd olunur ki, maliyyə göstəricilərinin konkret rəqəmlərlə sənədə daxil edilməsi ötənilki NATO bəyanatından əsas fərqlərdən biridir. Həmin sənəddə bu cür rəqəmlər yer almırdı.
    Mənbələrin sözlərinə görə, İtaliya 2027-ci ilə istinadın çıxarılmasını təklif etsə də, yekun sənəd üzrə ümumi konsensusa mane olmayacaq. Eyni zamanda, NATO-nun Ukraynaya dəstəyi ilə bağlı ümumi mövqeyinin dəyişmədiyi vurğulanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR