AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniyada bir qrup deputat Rusiyanın məşhur "Maşa və Ayı" cizgi filminin ölkədə yayımlanmasının araşdırılmasını tələb edib.

  • + A
  • - A
  • Dünən, 22:40

    Britaniyada bir qrup deputat Rusiyanın məşhur "Maşa və Ayı" cizgi filminin ölkədə yayımlanmasının araşdırılmasını tələb edib.


    Böyük Britaniyada bir qrup deputat Rusiyanın məşhur "Maşa və Ayı" cizgi filminin ölkədə yayımlanmasının araşdırılmasını tələb edib. Onlar hesab edirlər ki, serialın bəzi epizodlarında uşaqlara yönəlmiş gizli təbliğat elementləri ola bilər.

    Böyük Britaniya parlamentinin 50-dən çox deputatı hökumətə müraciət edərək Rusiyanın "Maşa və Ayı" cizgi serialının ölkədə yayımlanmasının məhdudlaşdırılması imkanlarının araşdırılmasını istəyib.

    Məlumata görə, müraciəti müxtəlif siyasi partiyaların – liberal demokratlar, leyboristlər, mühafizəkarlar, Yaşıllar Partiyası, Şotlandiya Milli Partiyası (SNP) və Plaid Cymru nümayəndələri imzalayıblar. Məktub mədəniyyət naziri Lisa Nandy ünvanlanıb.

    Deputatlar bildiriblər ki, cizgi filminin bəzi səhnələrində "gizli təbliğat" elementləri müşahidə oluna bilər. Xüsusilə, baş qəhrəman Maşanın hərbi forma və ya sovet rəmzlərini xatırladan geyimdə göründüyü epizodlar narahatlıq doğurur.
    Parlament üzvləri həmçinin serialın Netflix və ITVX kimi böyük yayım platformalarında uşaqlar üçün əlçatan olmasını diqqətə çatdıraraq, bu tip məzmunun daha ciddi şəkildə yoxlanılmasını tələb ediblər.

    Bununla yanaşı, cizgi filminin istehsalçısı Animaccord ittihamları rədd edib. Şirkət özəl qurum olduğunu, dövlət maliyyəsi almadığını və layihənin yalnız uşaqlar üçün əyləncə məqsədilə hazırlandığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR