AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda Ərdoğanla bağlı zarafat edən standap komediyaçısı həbs edilib

  • + A
  • - A
  • Dünən, 22:57

    İstanbulda Ərdoğanla bağlı zarafat edən standap komediyaçısı həbs edilib


    İstanbulda Ərdoğanla bağlı zarafat edən standap komediyaçısı həbs edilib
    Türkiyənin İstanbul şəhərində məhkəmə standap komediyaçısı Deniz Göktaşın istintaq müddətində həbs olunmasına qərar verib. O, hava limanında saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılıb. Səbəb isə onun "YouTube" platformasında yayımlanan və 9,4 milyondan çox baxış toplayan çıxışında Prezident Rəcəb Tayyib Ərdoğan və din mövzusunda səsləndirdiyi fikirlər olub.

    İstanbul Baş Prokurorluğu komediyaçını "nifrət və düşmənçiliyi qızışdırmaq", həmçinin prezidenti təhqir etməkdə ittiham edir. Prokurorluğun məlumatına görə, həmin video ilə bağlı hüquq-mühafizə orqanlarına 185 rəsmi şikayət daxil olub.
    Bundan əlavə, Türkiyənin Diyanət İşləri Başqanlığı da cümə xütbəsində bu çıxışa toxunaraq internetdə "müqəddəs dəyərlərin məsxərəyə qoyulmasının" cəmiyyət üçün zərərli olduğunu bildirib.

    Deniz Göktaş isə məhkəmədə verdiyi ifadəsində dindar insanları təhqir etmək niyyətinin olmadığını deyib. O bildirib ki, çıxışında istifadə etdiyi ifadələr uzun müddətdir ölkədə ictimai müzakirələrin bir hissəsidir və eyni proqramı illərdir Türkiyənin müxtəlif şəhərlərində nümayiş etdirib.

    Qeyd edək ki, sözügedən çıxış bu il iyunun 1-də İstanbulda açıq havada lentə alınıb və iyunun 24-də "YouTube" platformasında yayımlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR