AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çində torpaq sürüşməsi: 16 nəfər dağıntılar altında qalıb

  • + A
  • - A
  • Bu gün, 10:27

    Çində torpaq sürüşməsi: 16 nəfər dağıntılar altında qalıb


    Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 16 nəfər dağıntılar altında qalıb.

    Məlumata görə, hadisə iyulun 7-də səhər saatlarında Lunnan şəhərində qeydə alınıb.

    Hazırda hadisə yerində xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış-xilasetmə əməliyyatları aparırlar.

    Bildirilir ki, yerli hakimiyyət orqanları təbii fəlakət zonasında yaşayan insanların təxliyəsini təmin edib və zərərçəkənlərin müvəqqəti yerləşdirilməsi üçün müvafiq tədbirlər görüb.

    Torpaq sürüşməsinin səbəbləri araşdırılır. Hadisə nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR