AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var

  • + A
  • - A
  • Bu gün, 16:40

    Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var


    Çinin şərqindəki Fucyan əyalətinin Szinzyan şəhərində ayaqqabı fabrikində yanğın baş verib.

    "Sinxua"nın xəbərinə görə, yanğın nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb, xeyli insan binada köməksiz vəziyyətdə qalıb və ya itkin düşüb.

    Yanğının söndürülməsi işləri davam edir. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

    Xilasedicilər bildiriblər ki, təhlükə səbəbindən hələlik binaya daxil olmaq mümkün olmayıb.

    Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.

    İlkin məlumata əsasən, yanğın fabrikin istehsalat korpusunun birinci mərtəbəsində başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə binadan qalın qara tüstünün qalxdığı, yanğınsöndürənlərin alovla mübarizə apardığı görünür.

    Çin lideri Si Cinpin hadisə ilə bağlı təcili tədbirlərin görülməsi barədə göstəriş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR