AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın Oman körfəzi sahilində yerləşən Kənərək şəhərində üç partlayış baş verib

  • + A
  • - A
  • Bu gün, 23:01

    İranın Oman körfəzi sahilində yerləşən Kənərək şəhərində üç partlayış baş verib


    İranın Oman körfəzi sahilində yerləşən Kənərək şəhərində üç partlayış baş verib.

    Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
    Məlumata görə, partlayışların başvermə səbəbi, eləcə də dağıntılar və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

    Eyni zamanda, ABŞ rəsmisi CNN telekanalına bildirib ki, hazırda ABŞ hərbi qüvvələri İran ərazisinə zərbələr endirmir.

    Qeyd edək ki, Kənərək İranın Sistan və Bəlucistan əyalətində, Oman körfəzinin Makran sahilində yerləşən strateji əhəmiyyətli liman şəhərlərindən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR