AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan İran və ABŞ-yə çağırış edib

  • + A
  • - A
  • Bu gün, 13:30

    Pakistan İran və ABŞ-yə çağırış edib

    Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar bu gün İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.

    Tərəflər regionda inkişaf edən vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. İshaq Dar ABŞ və İranı gərginliyin azaldılması istiqamətində addımlar atmağa və 2026-cı ilin iyun ayında İslamabadda əldə olunmuş anlaşmada razılaşdırıldığı kimi təmkin nümayiş etdirməyə çağırıb.

    O, həmçinin vurğulayıb ki, mübahisələrin həlli, regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün yeganə real yol dialoq və diplomatiyadır.

    Pakistan Baş nazirinin müavini ölkəsinin regional sülhün və sabitliyin təşviqi və qorunub saxlanılması istiqamətində konstruktiv rol oynamağa hazır olduğunu bir daha bəyan edib.

    Nazirlər yaxın təmasları davam etdirmək barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR