AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran ABŞ-ni razılaşmaları pozmaqda ittiham edib: Öhdəliklərin icrası dayandırıla bilər

  • + A
  • - A
  • Bu gün, 12:29

    İran ABŞ-ni razılaşmaları pozmaqda ittiham edib: Öhdəliklərin icrası dayandırıla bilər


    İran ABŞ ilə imzalanmış memorandumun şərtlərini pozmadığını, əldə olunmuş razılaşmaların icra edilməməsinə görə məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü bəyan edib.

    Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Tehran ABŞ ilə aparılan danışıqlarda hər zaman məsuliyyətli mövqe sərgiləyib və razılaşmaların pozulmasının təşəbbüskarı olmayıb.

    “İran heç vaxt öhdəliklərin pozulmasının təşəbbüskarı olmayıb. İslam Respublikası bütün danışıqlarda ciddi və məsuliyyətli yanaşma nümayiş etdirib. Razılaşmaları davamlı şəkildə pozan tərəf isə ABŞ olub”, – deyə Bəqai vurğulayıb.

    XİN rəsmisi qeyd edib ki, Tehran bundan sonra qarşılıqlılıq prinsipinə əsaslanaraq ABŞ-nin addımlarına adekvat cavab verəcək.

    Onun sözlərinə görə, ABŞ öhdəliklərini yerinə yetirdiyi təqdirdə İran da üzərinə götürdüyü öhdəlikləri icra edəcək. Lakin Vaşinqton razılaşmaları pozmağa davam edərsə, Tehran da öz öhdəliklərinin icrasını dayandıracaq.

    İsmayıl Bəqai regional vəziyyətə də toxunaraq bildirib ki, İran Fars körfəzi ölkələrinə zərbələr endirməyib və həyata keçirilən əməliyyatlar yalnız ABŞ-nin hərbi obyektlərini hədəf alıb.

    O əlavə edib ki, Tehran dəfələrlə region dövlətlərini ABŞ-yə öz ərazilərindən İrana qarşı əməliyyatlar üçün istifadə etməyə imkan verməməyə çağırıb.

    Bəqai həmçinin bəyan edib ki, İran Hörmüz boğazının ölkənin milli təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilməsinə imkan verməyəcək.

    Onun fikrincə, ABŞ-nin ticarət gəmilərini hərbi müşayiət etmək planları Vaşinqtonun regionda gərginliyi qoruyub saxlamaq niyyətindən xəbər verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR