Ramzan Kadırov çeçen bölmələrinin Kiyevə yaxınlaşdığını bildirib.
Bu barədə Çeçenistan rəhbəri öz "Telegram" kanalında yazıb.
"Qardaşlarımız Kiyev istiqamətində işlərini davam etdirirlər. İndi onlar Ukraynanın paytaxtına yaxındırlar... Sərəncam hələ də qüvvədədir - nasistlər tamamilə məhv edilənə qədər hərəkətə keçəcəyik!", - o qeyd edib.
O, həmçinin əlavə edib ki, Rusiya ordusunun geri çəkilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.