AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rus əsgərləri çeçenləri ukraynalılara SATIR?

  • + A
  • - A
  • 11-03-2022, 14:34

    Rus əsgərləri çeçenləri ukraynalılara SATIR?

    Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Aleksey Arestoviç Rusiya prezidenti Vladimir Putinə sadiq çeçen qoşunlarının rus casusları tərəfindən xəyanət edildiyini iddia edib.

    Arestoviçin sözlərinə görə, Çeçenistan lideri Ramzan Kadırovun qoşunlarının yerləşdiyi yerlər barədə məlumatı rus əsgərləri Ukrayna qüvvələrinə ötürür.

    Arestoviç iddia edib ki, Kremldən Ukrayna parlamentinin Rada TV kanalına sızdırılan kəşfiyyat məlumatı Çeçenistan prezidenti, 45 yaşlı Ramzan Kadırov və onun döyüşçülərini “Rusiyada hələ də əhəmiyyətli təsirə malik olan qüvvə kimi” zəiflətmək cəhdi olub.

    Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov daha əvvəl Çeçenistan lideri Ramzan Kadırovun qruplaşmasından bir sui-qəsd qrupunun Kiyevə göndərildiyini və Rusiya Federal Təhlükəsizlik Xidmətinin də mövzu ilə bağlı məlumatı olduğunu iddia etmişdi. Danilov Çeçenistan prezidenti Ramazan Kadırovun Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək üçün göndərdiyi V batalyonun məhv edildiyini açıqlayıb.

    Çeçenistan lideri Ramzan Kadırov özünü tez-tez Putinin “sadiq əsgəri” kimi qələmə versə də, çeçen əsgərlərinin Ukraynada olması həm mühüm güc, həm də Kreml üçün “məsuliyyət” kimi qiymətləndirilir.

    Kəşfiyyat agentliyinin bu həftə sızdırdığı hesabatda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəsmilərinin ukraynalılara məlumat ötürməsi ilə bağlı iddialardan sonra Kadırovun ruslarla qarşıdurma ərəfəsində olduğu bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR