Ukrayna prezident Vladimir Zelenski İspaniyanın baş naziri Pedro Sançes və Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşüb.
Bu barədə prezident “Facebook” səhifəsində məlumat yayıb.
"Mən bu gün Kiyevdə İspaniyanın baş naziri Pedro Sançes və Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşürəm. Belə çətin anda ukraynalıların yanında olduğunuz üçün təşəkkür edirəm!", - deyə Zelenski yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.